Vüqar Nadirov:"Qolumun sındığını düşündüm"

Vüqar Nadirov:"Qolumun sındığını düşündüm"

“Qələbə bizi çox sevindirir. Azarkeşlərimizə, xalqımıza tarixi zəfər bəxş etdiyimiz üçün şadıq”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Vüqar Nadirov deyib.

Vüqar qrupdan çıxmaq şanslarından danışmağın tərəfdarı deyil: “Düzdü, bu qələbə bizə çox lazım idi. Amma indidən qrupdan çıxmaq şanslarımızdan danışa bilmərik. Biz hər oyuna məsuliyyətlə yanaşmalıyıq. Artıq Kiyevdə qazandığımız qələbəni unutmalıyıq. Qarşıdan “Xəzər Lənkəran”la çətin çempionat görüşü gəlir”.

Avroliqanın qrup oyununda tarixi nəticəyə imza atan komandanın üzvü oyun zamanı yerdə qaldığı epizoda da şərh verib: “Düzü, qolumun sındığını düşündüm. Yerə pis düşdüyümə görə altımda qalmışdı. Həmin an dəhşətli ağrı hiss etdim. Bu gün müayinə olundum. Hər hansı sınıq aşkarlanmadı. Əzilib. Tezliklə keçib gedəcək”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər