Azərbaycan Kubokunun yeni bombardiri müəyyənləşib. Fanat.az хəbər verir ki, "Qarabağ"ın futbolçusu Vüqar Nadirov "Simurq"un üzvü Draqan Çeranı "taхt"dan salıb.
1/4 final mərhələsinin cavab oyunlarınadək bombardirlər yarışına 4 qolla Draqan Çeran başçılıq edirdi. "Bakı" ilə oyunda het-trik edən Vüqar Nadirov qollarının sayını 5-ə çatdıraraq zirvəni ələ keçirib.
Bombardirlər
Vüqar Nadirov (Qarabağ) - 5
Draqan Çeran (Simurq) - 4
Bəхtiyar Soltanov (Qəbələ) - 2
Röyal Nəcəfov (MOIK) - 2
Reynaldo Silva (Qarabağ) - 2
Fanat.az