Vüqar Nadirov yeni təyinatından danışdı

Vüqar Nadirov yeni təyinatından danışdı
Xəbər verdiyimiz kimi, veteran futbolçu Vüqar Nadirov MFL-in direktoru təyin olunub.
Millimizin sabiq üzvü təyinatı ilə bağlı fikirlərini Fanat.Az-a bölüşdü: "Saq olsun, Elxan Məmmədov. Onun sayəsində oldu. AFFA-dan zəng gəldi və danışıb razılaşdıq. Bu təyinat üçün AFFA-ya təşəkkürümü bildirirəm". 
Ancaq MFL-dəki vəzifəsi Nadirovun rəhbəri olduğu "Sporting Baku" klubundakı işinə mane olmayacaq. "Bu komandanı kollektivlə birlikdə yaratmışıq. İki il burda əziyyət çəkmişəm. Bu komanda mənim komandamdır. Yaxşı mənada. (gülür)... Ordakı işim öz yerində qalacaq. Məşqçilərimiz Elşən Məmmədov, Fərid Məmmədov, Bəxtiyar Gözəlov və digərləri 5 yaş qrupu üzrə işləyirlər. İnşallah, onu da artıra-artıra gedəcəyik".
Vüqar Nadirov onu da qeyd etdi ki, sabah MFL-də ilk iş günüdür. 
Qeyd edək ki, MFL-in səhmlər paketinin 25 faizi AFFA-ya məxsusdur.
Röya Kərimli 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər