Vüqar Nadirov: "Topu əllə qəbul etməmişdim"

Vüqar Nadirov: "Topu əllə qəbul etməmişdim"

"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə 1:1 bərabərə qaldıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Fanat.az xəbər verir ki, komandasının qoluna imza atan futbolçu bir xalın vacib olduğunu deyib:

"Bu görüşdə bir xal qazanmaq vacib idi. Oyun çox çətin keçdi. Qol vurduğum üçün çox şadam. Həmin epizodda mən topu əllə qəbul etməmişdim. "İnter" - "Dnepr" matçının nəticəsini bilirdik. Növbəti mərhələyə yüksəlmək şansımız son oyuna qalıb".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər