Vüqar Nadirov mərkəz yarımmüdafiəçisini yanına apardı

Vüqar Nadirov mərkəz yarımmüdafiəçisini yanına apardı

Ötən mövsümün birinci yarısını "Mingəçevir"də, ikinci yarısını digər 1-ci Liqa komandası "Baku Sportinq"də keçirən İlkin Əliyevin yeni iş yeri bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, vinger mövqeyində də çıxış edə bilən mərkəz yarımmüdafiəçisi yeni "futbol ili"nı 2-ci Liqada başlayacaq.

22 yaşlı İlkin hazırda "Şəmkir"in düşərgəsindədir. O, artıq yeni klubu ilə münasibətləri rəsmiləşdirib.

Xatırladaq ki, "Şəmkir" ötən mövsüm 2-ci Liqadakı mübarizəni 5-ci pillədə başa vurub. Komandanı Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirov çalışdırır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər