Vüqar Nadirov: "Köhnə zədəmi təzələdim"

Vüqar Nadirov: "Köhnə zədəmi təzələdim"

Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Nadirovun ayağından xəsarət aldığını və xəstəxanaya düşdüyünü xəbər vermişdik.

Veteran futbolçu hadisənin necə baş verdiyini Fanat.Az-a danışdı:

"Tanış uşaqlarla arabir yığışıb futbol oynayırıq. Dünən də "Koroğlu"dakı "Azfar"da öz aramızda oynayırdıq. Sağ ayağımdan zədə aldım. Həmin yerdən köhnə zədəm var idi, onu təzələdim. Həkimlər ayağıma gips qoydular. Hardasa, 20 gün gipsdə qalacaq. Ondan sonra zədənin vəziyyətini qiymətləndirəcəklər".

Qeyd edək ki, Vüqar Nadirov MFL Liqasının direktorudur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər