"Qəbələ"nin əsas heyətində hələ debüt etməyən Vüqar Nadirov yenidən əvəzedici komandanın formasını geyinib. Fanat.az хəbər verir ki, o, "Sumqayıt"la oyunun iştirakçısı olub.
"Qəbələ"nin 3:1 hesablı qələbə qazandığı oyunda Vüqar dubl edib. O, 55-88-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, bu Nadirovun əvəzedici komandada üçüncü oyunu olub. O, bundan əvvəl XI turun "Kəpəz"lə oyununda qol vurmuşdu.
Fanat.az