Vüqar Nadirov bu klubla danışıqlara başladı

Vüqar Nadirov bu klubla danışıqlara başladı
"Qarabağ"la yollarını ayıran Vüqar Nadirov karyerasını yenidən "Xəzər Lənkəran"da davam etdirə bilər. Fanat.az-ın əldə etdiyi məlumata görə, Lənkəran klubu 27 yaşlı forvardla danışıqlara başlayıb.
Yeni mövsümə güclü heyətlə başlayıb, çempionluq uğrunda mübarizə aparacaq "Xəzər Lənkəran" bu məqsədlə bir sıra yerli və əcnəbi futbolçularla danışıqlar aparır. Vüqarın transferi hazırda danışıqlar mərhələsindədi. Onun Lənkəran klubuna keçmək ehtimalı böyükdü.
Qeyd edək ki, Vüqar Nadirov 2005-2008-ci illərdə "Xəzər Lənkəran"da çıхış edib və 66 oyunda 18 qol vurub. Lənkəran klubu onu 2008-ci ildə "Masallı"ya icarəyə verib. Vüqar 2001-2005 və 2009-2015-ci illərdə "Qarabağ"da, 2008-2009-cu illərdə "Karvan"da çıхış edib. 2004-cü ildən milliyə çağırılan Nadirov 56 oyunda 4 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər