Vüqar Nadirov balaca qolkiperi mükafatlandırdı

Vüqar Nadirov balaca qolkiperi mükafatlandırdı

Regionlar liqasında çıxış edən "Baku Sportinq”in idman direktoru Vüqar Nadirov həm də klubda uşaq futboluna nəzarət edir.

Fanat.Az xəbər verir ki, millimizin sabiq hücumçusu aşağı yaş qrupları üzrə komandalara cavabdehdir. Onun rəhbərliyi altında məşqlər "Qarabağ"ın köhnə bazası olan "Ruslan 93"də keçirilir.

Nadirov həmyaşıdlarından fərqlənən qapıçını oyunda və məşqlərdə fəal iştirak etdiyi üçün mükafatlandırıb. Balaca qolkiperə üzərində soyadı və sevimli nömrəsi - 17 yazılmış futbolka hədiyyə edib.  Qeyd edək ki, 2 ay öncə "Baku Sportinq”in idman direktoru təyin olunan Vüqar futbolçu karyerasını bitirdiyini açıqlamayıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər