Vüqar Nadirov 40, Riçard Almeyda 20

Vüqar Nadirov 40, Riçard Almeyda 20
Azərbaycan çempionatları tarixində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub. Fanat.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Vüqar Nadirov yubiley - 40-cı qolunu vurmaqla ilk “50-liy”ə daxil olub. 
Topaz Premyer Liqasının VII turunun “Neftçi” ilə oyununda (3:1) komandasının sonuncu qolunun müəllifi olan 27 yaşlı hücumçu “40”a 4 klubun heyətində çatıb. “Qarabağ”da 26-cı dəfə fərqlənən Nadirov bu komanda üçün 9 mövsümdə rəqib qapılarına yol tapıb: 2001/02 - 2, 2003/04 - 3, 2004/05 - 4, 2009/10 - 2, 2010/11 - 1, 2011/12 - 2, 2012/13 - 5, 2013/14 - 5, 2014/15 - 2. “Karvan”da 6 (2008/09), “Xəzər Lənkəran”da 5 (2005/06 - 3, 2006/07 - 2) dəfə fərqlənən Vüqar “Masallı”nın 3 (2007/08) qoluna imza atıb.
40 qol vuran yarımmüdafiəçi Azərbaycan çempionatları tarixində ən çox qol vuran 49-cu oyunçu adına şərikdi. Junivan Suares, Fernando Peres, Samir A.Məmmədov və Mehman Allahverdiyev də eyni qədər qola sevinib. Buna 271-ci çempionat oyununda nail olan hücumçu hazırda Premyer Liqada çıxış edən oyunçular arasında yalnız ikisindən, AZAL-da çıxış edənlər - Rəşad Abdullayev (46) və Viktor İbekoyidən (43) geri qalır.
Qeyd edək ki, “Neftçi” ilə oyunda daha bir futbolçu - Riçard Almeyda da yubiley qoluna imza atıb. Braziliyalı Azərbaycan çempionatlarında 20-ci dəfə fərqlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər