Vüqar Latviyada 24-cü qolunu vurdu

Vüqar Latviyada 24-cü qolunu vurdu

Latviya I liqasında XX turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası "Olayne/Super Nova" səfərdə "Preilu" ilə qarşılaşıb. 

Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 2:0. Hər iki futbolçumuz start heyətdə meydana çıxıb. Orxan fasilədə, Vüqar isə 88-ci dəqiqədə əvəzlənib.

Komandasının bombardiri olan Vüqar bu matçda da fərqlənib. O, 67-ci dəqiqədə görüşdə son nöqtəni qoyub. Bununla da o, vurduğu qolların sayını 24-ə çatdırıb. Həsənəliyev isə geridə qalan turlarda 9 qol vurub.

Qeyd edək ki, geridə qalan turlarda 40 xal toplayan "Olayne" 15 klub arasında 3-cü pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər