Vüqar Əsgərovdan Latviyada daha bir qol

Vüqar Əsgərovdan Latviyada daha bir qol

Latviyanın I liqasında XVII turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə RTU ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 2:1. Vüqar start heyətdə başladığı matçın sonunadək meydanda olubsa, Orxanın adı bu dəfə ümumiyyətlə, iştirak ərizəsində yer almayıb.

Vüqar bu dəfə də komandasının qələbəsinə qolla töhfə verib. Belə ki, 43-cü dəqiqədə fərqlənən həmyerlimiz matçda son nöqtəni qoyan futbolçu olub. Bu, Əsgərovun cari mövsümdə vurduğu 21-ci qol olub. Həsənəliyev isə 7 qol vurub.

Qeyd edək ki, geridə qalan turlarda 31 xal toplayan "Olayne" 15 klub arasında 5-ci pillədə qərarlaşıb.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər