Voronsov "Karvan"dan niyə ayrılıb? - Özü dedi

Voronsov "Karvan"dan niyə ayrılıb? - Özü dedi

Birinci Liqanın 12-ci turunda "Zaqatala" ilə oyunda rəqibinə təpik vurduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 4 matçlıq diskvalifikasiya edilən  Ruslan Voronsovla əlaqə saxlayıb "Karvan" dan ayrılmasının səbəbini öyrəndik.

Voronsovun Fanat.Az-a açıqlaması belə oldu:

"Mən son tur öncəsi rəhbərliyə bildirdim ki, klubdan ayrılmaq istəyirəm. Beləcə, qarşılıqlı şəkildə müqaviləyə xitam verdik. Artıq  "Cəbrayıl" klubu ilə müqavilə bağlamışam. "Karvan"dan ayrılmağımın səbəbi isə performansımı göstərə bilməməyim idi".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər