"Manisaspor"un qapıçısı Volkan Babacan "Xəzər Lənkəran"da oynamaqdan imtina edib. Fanat.az xəbər verir ki, "Fənərbaxça"nın sabiq qapıçısı Mustafa Dənizlinin təklifini qəbul etməyib.
Bu barədə Türkiyə mediası məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, Babacan ona zəng edən Dənizliyə "Hocam mənə burda çox ehtiyac var. Komandamı çətin vəziyyətdə buraxa bilmərəm. Mən "Manisaspor"la Super Liqaya çıxmaq istəyirəm" deyib.
Qeyd edək ki, Volkan 2012-ci ildən çıxış etdiyi "Manisaspor"da 59 oyun keçirib. 25 yaşlı qolkiper 2006-cı ildən 2012-yədək "Fənərbaxça"ya məxsus olsa da, cəmi 6 çempionat oyununa çıxıb. O, 2006/07 mövsümündə "İstanbulspor"a, 2010/11-də "Kayserispor"a, 2011/12-də "Manisaspor"a icarəyə verilib. Türkiyənin U-16, U-17, U-18, U-19, U-21, U-23 və A2 yığmalarında çıxış etmiş qapıçıyva "Transfermarkt" 1 milyon avro qiymət qoyub.
Fanat.az