Volkan Demirel "TT Arena"dan qaçdı - Türkiyə yığmasında şok

Volkan Demirel "TT Arena"dan qaçdı - Türkiyə yığmasında şok

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Türkiyə - Qazaxıstan qarşılaşması ərəfəsində qeyri-adi hadisə yaşanıb. Fanat.az xəbər verir ki, Türkiyə millisinin və "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəl oyun başlamadan stadionu tərk edib. 

Buna "Qalatasaray"ın ev oyunlarının keçirdiyi "Türk Telekom Arena"da bir qrup azarkeşin qapıçını fitə basması və təhqiramiz şüarlar səsləndirməsi səbəb olub. 

Volkan Dəmirəl meydançanı tərk edərək soyunma otağına, oradan isə evə gedib. Bu hadisədən sonra baş mışqçi Fatih Terim heyətdə dəyişiklik etməli olub və Volkan Dəmirəlin yerinə meydana Volkan Babacanı çıxarıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər