Volkan Dəmirəl baş məşqçi oldu

Volkan Dəmirəl baş məşqçi oldu

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Dəmirəl məşqçiliyə başlayıb.

Fanat.Az xəbər verir ki, 40 yaşlı veteran “Fatih Karagümrük”ə baş məşqçi təyin olunub. 

Məlumatı klubun mətbuat xidməti məlumat yayıb. Onunla 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Volkan peşəkar futbolçu karyerasını "Fənərbağça"da keçirib. 

2002-ci ildə 21 yaşında ikən I Liqa təmsilçisi "Qartalspor"dan "bülbüllər"ə transfer olunub və 17 il - 2019-cu ilə qədər “Fənərbaxça”da çıxış edib. O, qapıçı karyerasını bitirdikdən sonra 2021-ci ilin yayına qədər bu klubda çalışıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər