Qadın voleybolçular arasında dünya çempionatının finalçıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Yaponiyada keçirilən turnirin həlledici matçında İtaliya və Serbiya qarşılaşacaq.
İtalyanlar yarımfinalda Çini 3:2 hesab ilə məğlub edib. Serblər isə Hollandiyaya qalib gəlib - 3:1.
Çin və Hollandiya arasında 3-cü yer uğrunda oyun oktyabrın 20-də keçiriləcək və Bakı vaxtı ilə saat 12.20-də başlayacaq. İtaliya - Serbiya finalı isə gəmin gün saat 14.40-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb. Yekunda Azərbaycan yığması 24 ölkə arasında 15-ci yerdə qərarlaşıb.
Fanat.Az