Vitali Borisov Rövşən Hüseynlini millidən kənarlaşdırdı

Vitali Borisov Rövşən Hüseynlini millidən kənarlaşdırdı

Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişikliklər olub.

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveç və aprelin 15-də Bakıda Xorvatiya yığmaları ilə qarşılaşacaq yığmamız dünəndən təlim-məşq toplanışına başlayıb. İlkin açıqlanan heyətdə 3 dəyişiklik edilib.

Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə, Rövşən Hüseynli isə baş məşqçinin qərarı ilə toplanışdan kənarlaşdırılıb. Əvəzində Vitali Borisov “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.

Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək komandamız ertəsi gün İsveçə yola düşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər