Vinisiusu nokauta sala biləcəyini deyən Maffeo bir toxunuşla yıxıldı - FOTO

Vinisiusu nokauta sala biləcəyini deyən Maffeo bir toxunuşla yıxıldı - FOTO

"Malyorka"nın müdafiəçisi Pablo Maffeo İspaniya Superkubokunun yarımfinalında "Real Madrid"ə qarşı keçirdikləri oyunda rəqib komandanın vingeri Vinisius Juniorun yüngül toxunuşundan sonra yıxılıb.

Fanat.Az xəbər verir ku, epizod "Real"ın 3:0 hesablı qələbəsi ilə bitən matçın 13-cü dəqiqəsində qeydə alınıb.

Belə ki, mübarizə zamanı Pablo topu uzaqlaşdırıb və çiyni ilə braziliyalı cinah hücumçusunu itlələyib. Vinisius buna cavab olaraq rəqibin sinəsinə toxununca müdafiəçi yerə sərilərək ağrı hiss etdiyini göstərməyə çalışıb.

Vinisiusu nokauta sala biləcəyini deyən Maffeo bir toxunuşla yıxıldı - FOTO

Xatırladaq ki, Maffeo bu qarşılaşma ərəfəsində rinqdə üz-üzə gələcəkləri halda, Vinisiusu 10 saniyə ərzində nokauta salacağını demişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər