Vinisiusla Rodriqo əfsanəvi braziliyalını geridə qoydular

Vinisiusla Rodriqo əfsanəvi braziliyalını geridə qoydular

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutan matçda -  "Braqa" ilə oyunda (3:0) hərəyə 1 qol vuran Vinisius Junior və Rodriqo maraqlı nəticəyə imza atıblar.

Fanat.Az "CBS Sports Golazo"ya istinadən xəbər verir ki, sözügedən oyunçular ÇL-də vurduqları qolların sayını 17-yə çatdıraraq "Kral klubu"nun bu tirnirdə ən çox fərqlənmiş braziliyalılarına çevriliblər.

Onlar həmyerliləri Roberto Karlosu geridə qoyublar. 

Qeyd edək ki, Vinisius 2018, Rodriqo isə 2019-cu ildən İspaniya nəhənginin formasını geyinir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər