Vinisiusdan "Real" rəhbərliyinə xəbərdarlıq: "O gəlsə, mən gedəcəyəm"

Vinisiusdan "Real" rəhbərliyinə xəbərdarlıq: "O gəlsə, mən gedəcəyəm"

"Real Madrid"in 23 yaşlı braziliyalı vingeri Vinisius Junior fransalı ulduz hücumçu Kilian Mbappenin komandaya gəlişinə qarşı çıxıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.

Mənbənin məlumatına görə, Vinisius Kilianı özünün Madridin əsas ulduzu olmaq niyyətinə maneə kimi görür.

Braziliyalı, Mbappenin gəlişi ilə onun gələcəkdə “Qızıl top”u qazanmaq şansını azaldacağını düşünür. Vinisius bu transfer baş tutacağı təqdirdə başqa kluba getmək variantını nəzərdən keçirməyə hazırdır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər