Vinisius Madridi tərk edir, yerini o ulduz dolduracaq

Vinisius Madridi tərk edir, yerini o ulduz dolduracaq

Avropa futbolunda əsrin transfer mübadiləsinin əsası qoyula bilər.

Fanat.Az İspaniyanın məşhur "El Nacional" nəşrinə xəbər verir ki, "Bayern Münhen" Maykl Olisenin satılmayacağını qəti şəkildə bildirdikdən sonra "Real Madrid" bütün diqqətini gürcü ulduz Xvça Kvaratsxeliyaya yönəldib.

Lakin bu transfer cəhdi PSJ-nin prosesə müdaxiləsi ilə inanılmaz dərəcədə mürəkkəb bir mərhələyə qədəm qoyub. Paris klubu gürcü futbolçunun Madridə gedişinə icazə vermək üçün "kral klubu"ndan Vinisius Juniorun daxil olduğu şok bir mübadilə müqaviləsi tələb etməyə hazırlaşır.

Bu gözlənilməz tələb istənilən mümkün transfer addımını olduqca qəliz və gərgin bir müstəviyə daşıyıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər