"Vilyarreal"ın hücumçusu İngiltərə nəhənginə keçmək üzrədir

"Vilyarreal"ın hücumçusu İngiltərə nəhənginə keçmək üzrədir

"Vilyarreal"ın seneqallı hücumçusu Nikolas Cekson karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.

Xəbərə görə, afrikalı forvardın xidmətində "Çelsi" maraqlıdır və londonlular bu futbolçu üçün qarşı tərəfə 35 milyon avro ödəməyə hazırdır. "Zadəganlar"ın İspaniya klubu ilə apardığı danışıqların uğurlu alındığı və transferin reallaşmaq ehtimalının yüksək olduğu bildirilib.

Qeyd edək ki, 21 yaşlı Cekson 2019-cu ildən "Vilyarreal"dadır. Əsas komandada ümumilikdə 47 oyuna çıxan Nikolas 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər