Futbol üzrə Fil Dişi Sahili yığmasının müdafiəçisi Serj Orye özünə yeni komanda tapıb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı sağ cinah müdafiəçisi “Vilyarreal”la müqavilə bağlayıb. Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı anlaşmanın müddəti bu mövsümün sonuna qədərdir. Lakin mövsümün sonunda anlaşmanın daha 2 il artırılması planlaşdırılıb. Ölkəsinin yığmasında 70 oyun keçirmiş müdafiəçi əvvəllər PSJ, “Tuluza” və “Lans"da da top qovub. 2017-ci ildən “Tottenhem”də çıxış etmiş futbolçu bu yay London klubundan ayrılandan bəri işsiz idi.
Nihat