Viktor İbekoyi ilk üçlüyün bir addımlığında

Viktor İbekoyi ilk üçlüyün bir addımlığında
Topaz Premyer Liqasının XIII turunun “Qarabağ”la oyununda hesabı açan AZAL-ın futbolçusu Viktor İbekoyi çempionatda 41-ci qolunu vurub. Fanat.az xəbər verir ki, bununla da nigeriyalı futbolçu Azərbaycan çempionatları tarixinin ən məhsuldar legionerləri siyahısında 4-cü pilləyə şərik olub. 
İndi İbekoyi milliləşən braziliyalı Leandro Qomeşlə eyni sayda qola imza atıb. Ölkəmizdə oynamış ən məhsuldar afrikalı olan Viktor növbəti qolunu vurmaqla daha bir milliləşən əcnəbi Branimir Subaşiçə də çatacaq.
Ümumiyyətlə isə milliləşənlər də daxil olmaqla cəmi 7 legioner 40 qol səddini aşıb. Onlardan yalnız İbekoyi karyerasını hələ də çempionatda davam etdirir.

1

Badri Kvaratsxeliya

71

2

Georgi Adamiya

61

3

Branimir Subaşiç

42

4

Viktor İqbekoyi

41

5

Leandro Qomeş

41

6

Fernando Peres

40

7

Junivan Suares

40

Nigeriyalı 41 qolundan 19-nu AZAL-ın heyətində vurub. İbekoyi hal-hazırkı klubunun Premyer Liqada ən çox qol vuran 3-cü oyunçusudu. Bu göstəricidə, o, yalnız Zohair Benouahi ilə Junior Nildodan geri qalır. Ümumiliyyətlə isə klubun heyətində 9 futbolçu 10 və daha çox qola imza atıb.

1

Zohair Benouahi

24

2

Junior Nildo

21

3

Viktor İqbekoyi

19

4

Junivan Suares

17

5

Xaqani Məmmədov

13

6

Anatoli Doroş

12

7

Leandro Qomeş

10

8

Qvidas Yuska

10

9

Tales Şütz

10

pfl.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər