Vidal Braziliyada klubunu dəyişəcək

Vidal Braziliyada klubunu dəyişəcək

Çilili yarımmüdafiəçi Arturo Vidal Braziliyada klubunu dəyişəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı "Globo" yayıb.

36 yaşlı çilili "Flamenqo" ilə bu ilin sonuna qədər qüvvədə olan müqaviləni ləğv etmək qərarına gəlib. Mənbənin məlumatına görə, Vidal Braziliyanın digər klubuna - "Atletiko Paranaense"yə keçmək niyyətindədir.

Bu həftə o, tibbi müayinədən keçəcək, bundan sonra bu ilin sonuna qədər müqavilə imzalayacaq.

Vidal "Flamenqo"ya 2022-ci ilin yayında keçib. Ulduz futbolçu Braziliya klubunda ümumilikdə 51 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. O, "Flamenqo"da iki titul qazanıb.

Arturo Vidal Avropada "İnter", "Barselona", "Bayern Münhen", "Yuventus" və "Bayer Leverkuzen"də çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər