Vidal Braziliya klubuna keçir

Vidal Braziliya klubuna keçir

"İnter"in yarımmüdafiəçisi Arturo Vidal böyük ehtimalla, Braziliyanın "Flamenqo" klubuna keçəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Mənbə tərəflərin bugünlərdə danışıqları yekunlaşdıracağını və Vidalın Braziliya təmsilçisi ilə 2 illik müqavilə bağlayacağını açıqlayıb.

Qeyd edək ki, 35 yaşlı Vidal Çili millisində keçirdiyi 133 matçda 32 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər