1-11 oktyabr tarixində Fransanın Nitsa şəhərində atletika üzrə veteranlar arasında “European maters games" Avropa oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycanı təmsil edən veteran atletlərimiz bu mötəbər yarışlardan yüksək nəticələr əldə edərək vətənə qayıdıb.
Tamilla Bunyatova nizə atma növündə yarışlarının qalibi olubş Albert Menyayev yadro itələmə-şüvüllə tullanma növlərində ikinci yerə layiq görülüb. Veteran atletimiz Sadıq Sadıqov 800-1500 m qaçış yarışlarında ikinci yer tutaraq yarışların gümüş medallarına sahib çıxıb.
Beləliklə, 3 nəfər veteran atletlərimiz ümumilikdə 1 qızıl, 4 gümüş meddalla vətənə qayıdıb.
Fanat.az