"Vest Hem"in əlcəzairli hücumçusu Məhəmməd Səid Benrahma karyerasını Fransa çempionatında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist David Ornşteyn yayıb.
Xəbərə görə, sözügedən futbolçunun xidmətində "Olimpik Lion" maraqlıdır. Mənbə fransızların "çəkicdöyənlər"ə 20 milyon avro təklif etdiyini vurğulayıb. London klubunun hələ qarşı tərəfə "hə" demədiyi bildirilib.
Qeyd edək ki, 28 yaşlı Benrahma 2020-ci ildən "Vest Hem"in uğurları üçün çalışır. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.