"Vest Hem" Zumanın evinə basqın edənlərlə bağlı informasiya verən şəxsi mükafatlandıracaq - MƏBLƏĞ

"Vest Hem" Zumanın evinə basqın edənlərlə bağlı informasiya verən şəxsi mükafatlandıracaq - MƏBLƏĞ

İngiltərənin "Vest Hem" klubu müdafiəçisi Kurt Zumanın evini qarət edən oğruların tapılmasına yardımçı olmaq istədiyini açıqlayıb.

Fanat.Az-ın "çəkicdöyənlər"in rəsmi saytına istinadən məlumatına görə, futbolçuya maddi və mənəvi zərbə vuran oğrular barədə informasiya verən şəxs 25 min avro məbləğində mükafat alacaq.

Xatırladaq ki, hadisə dekabrın 2-də qeydə alınıb. Basqın zamanı Zuma və ailəsi evdə olublar. Cinayətkarın fransalı oyunçunun evindən 100 milyon funt sterlinq (116 milyon avro) pul və 3 milyon funt sterlinq (3,4 milyon avro) dəyərində müxtəlif əşyalar aparıblar. Arxa xətt oyunçusunun psixoloji sarsıntı keçirib. Hadisə polis tərəfindən araşdırılır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər