İngiltərənin "Vest Hem" klubunun bir neçə Avropa nəhənginin transfer siyahısında olan yarımmüdafiəçisi Deklan Raysla bağlı planları açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.
Xəbərə görə, "çəkicdöyənlər" komandanın kapitanı ilə 140 milyon avro qarşılığında vidalaşmağa razıdır. Mənbə "Vest Hem" bosslarını onu 115 milyon avro əlavə ödəniş fonunda başqa yarımmüdafiəçi ilə dəyişə biləcəklərini vurğulayıb. Onun yalnız növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq komandaya satılmasının nəzərdə tutulduğunu diqqətə çatdırılıb.
Qeyd edək ki, 24 yaşlı Raysın xidmətində "Liverpul", "Çelsi", "Mançester Yunayted" və London "Arsenal"ı maraqlıdır.
Nihat