Veşoviç "Rakuv"a qarşı oynamayacaq, bəs Cəfərquliyev?

Veşoviç "Rakuv"a qarşı oynamayacaq, bəs Cəfərquliyev?

"Qarabağ"ın zədəli futbolçularının - Elvin Cəfərquliyevlə Marko Veşoviçin durumuna aydınlıq gəlib.

Fanat.Az-ın məlumatına görə,  Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Polşa "Rakuv"una qarşı keçirilən matçda (2:3) xəsarət alan Cəfərquliyevin zədəsi ciddi deyil.

Müdafiəçi "Rakuv"la cavab qarşılaşmasında "köhlən atlar"a kömək edə biləcək. Polşadakı oyunda iştirak etməyən Veşoviçə gəlincə, Monteneqro millisinin üzvü bir ay meydana çıxmayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər