Verratti niyə PSJ-ni başqa Avropa klubuna dəyişmədiyini dedi

Verratti niyə PSJ-ni başqa Avropa klubuna dəyişmədiyini dedi

İtaliyalı yarımmüdafiəçi Marko Verratti bu yay niyə başqa Avropa klubuna yox, Qətər təmsilçisi "Əl-Ərəbi"yə keçdiyinin səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "L'Equipe" onun dediklərini belə çatdırıb:

"Başqa Avropa klubuna qəsdən keçmədim ki, avrokuboklarda PSJ ilə üz-üzə gəlməyim. İstədim ki, yeni komandam mənim üçün sonuncu olsun. 

Ömrümün sonuna qədər Parisdə yaşayacam. Ailəm, uşaqlarım bu şəhərdədir. Boş vaxtım olan kimi Parisə yollanıram".

Xatırladaq ki, 30 yaşlı Verratti 2012-ci ildən PSJ-nin formasını geyinib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər