Venger İspaniya nəhənglərindən təklif aldığını açıqladı

Venger İspaniya nəhənglərindən təklif aldığını açıqladı

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger "Barselona" və "Real Madrid"dən təklif aldığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "BeIN Sports" onun dediklərini belə çatdırıb:

"Arsenal"da işlədiyim dönəmdə "Real" mənə iki və ya üç dəfə təklif göndərmişdi. "Barselona" da həmçinin. Kataloniya klubu bir dəfə belə cəhd etmişdi".

Venger 1996-2018-ci illər aralığında "Arsenal"ın baş məşqçisi olub. Onun rəhbərliyi altında 3 dəfə İngiltərə Premyer Liqasında çempionluq sevinci yaşayan "topçular" 7 dəfə ölkə kubokunun və Superkubokunun qalibi adını qazanıblar. 

Fransalı mütəxəssis "Arsenal"dan ayrılandan sonra FİFA-da rəhbər vəzifəyə təyin edilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər