Venger “Fənərbaxça” ilə oyuna ciddi hazırlaşır

Venger “Fənərbaxça” ilə oyuna ciddi hazırlaşır

Fransalı mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gün səfərdə “Fənərbaxça” ilə keçirəcəkləri qarşılaşmanı şərh edib. Fanat.az xəbər verir ki, Arsen Venger “Arsenal”ın Çempionlar Liqasında böyük təcrübəyə sahib olduğunu bildirib:

“Biz böyük təcrübəyə sahibik, ancaq nə olacağı matç bitdikdən sonra bilinəcək. Topa daha çox sahib olmaq istəyirik. Biz hər yerdə çıxıb öz oyunumuzu göstərmək istəyirik. Hər matçda əlimizdən gələni etdiyimiz kimi Türkiyədə də yaxşı oynamaq üçün çalışacağıq”.

Qeyd edək ki, Qeyd edək ki, “Fənərbaxça” – “Arsenal” qarşılaşması avqustun 21-də Bakı vaxtı ilə saat 23:45-də Şükrü Saracoğlu stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər