Velosipedçimiz Türkiyədə 3-cü oldu

Velosipedçimiz Türkiyədə 3-cü oldu
Azərbaycanın "Synergy Baku” komandasının üzvü Aleksandr Polivoda Türkiyənin Alanya bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Cartier” yarışında üçüncü yeri tutub.
Bu barədə Fanat.Az-a Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib. 4 mərhələdən ibarət "Cartier” turunda Samir Cəbrayılov, Telman Vəliyev, Kərim Şirəliyev, Ənvər Asanov, Aleksandr Polivoda, Elgün Əlizadə və Kənan Qəhrəmanlı ilə təmsil olunan "Synergy Baku”nun heyətində ən yüksək nəticəyə Aleksandr Polivoda imza atıb – o, 4 mərhələnin yekununa əsasən qalibdən 16 saniyə geri qalmaqla ümumi təsnifatda 3-cü yeri tutub.
Bu nəticə Polivodaya 25 reytinq xalı da qazandırıb. Sprinterlərin mübarizəsində isə o, 5-ci olub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər