Velosipedçimiz Slovakiyada 6-cı oldu

Velosipedçimiz Slovakiyada 6-cı oldu

Azərbaycanın şosse velosipedi üzrə gənclərdən ibarət yığma komandasının 4 üzvü - Musa Mikayılzadə, Tərlan Məmmədov, Kənan Qəhrəmanlı və Xəlil Xəlilov Slovakiyada keçirilən sayca 52-ci "Beynəlxalq Velosiped Günü" turnirində mübarizə aparıblar.

Fanat.az xəbər verir ki, 10 ölkədən 117 velosipedçinin iştirak etdiyi yarışın ilk günü idmançılar əvvəlcə dağ yolları ilə 7 km məsafə qət ediblər. Burada təmsilçilərimizdən ən yüksək nəticəyə Musa Mikayılzadə imza atıb - 8-ci yer. Elə həmin gün yarış iştirakçıları kriterium ötüşməsində də mübarizə aparıblar və Kənan Qəhrəmanlı finişi 8-ci keçib.

İkinci yarış günündə isə 84 km məsafəyə qrup ötüşməsində Kənan Qəhrəmanlı 12-ci olub. Bu amil velosipedçimizə ümumi təsnifatda 6-cı yeri tutmağa imkan verib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər