Velosipedçimiz Dünya çempionatında 8-ci oldu - VİDEO

Velosipedçimiz Dünya çempionatında 8-ci oldu - VİDEO

Amerika Birləşmiş Ştatlarının Riçmond şəhərində velosiped idmanının şosse növü üzrə Dünya çempionatına start verilib. Fanat.az xəbər verir ki, ilk yarış günü qadınlar arasında komanda ötüşməsində (Team Time Trial) qaliblər müəyyənləşib.

Qeyd edək ki, Azərbaycan yığmasının üzvü Yelena Pavluxina DÇ-də Sloveniyanın "Lyublyana" komandasının heyətində çıxış edir. Təmsilçimizin şərəfini qoruduğu kollektiv 38.8 km məsafəni 50 dəqiqə, 38 saniyəyə başa vurmaqla çempion olmuş Almaniyanın "Velocio-SRAM" komandasından 3 dəqiqə, 3 saniyə geri qalıb və 8-ci nəticə göstərib.

Bununla da Yelena Pavluxina Dünya Çempionatını "Lyublyana" komandasının heyətində 8-ci yerdə bitirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər