Vəliəhd Şahzadədən "Mançester Yunayted"ə rekord təklif

Vəliəhd Şahzadədən "Mançester Yunayted"ə rekord təklif
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman İngiltərənin "Mançester Yunayted" klubunu almaq üçün rekord məbləğ təklif edib.
Fanat.Az xəbər verir ki, Salman klubun sahibi olan Qleyzer ailəsinə üçüncü dəfə müraciət edərək 3,5 milyard dollar təklif edib.
2005-ci ildən "Mançester Yunayted"in sahibi olan Qleyzer ailəsi isə Vəliəhdin istəyini növbəti dəfə rədd edib. Məhəmməd bin Salman daha əvvəl iki dəfə də belə bir istəklə çıxış etmiş, lakin mənfi cavab almışdı. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər