"Neftçi”-nin baş məşqçisi Vəli Qasımov Avropa Liqasının birinci təsnifat mərhələsinin Maltanın "Baltsan” klubu ilə səfər oyunundan sonra fikirlərini klubun rəsmi saytına bildirib.
Fanat.az həmin açıqlamanı sizə təqdim edir:
"Topa nəzarət daha çox bizim komandamızın tərəfində idi. Düzdür, ikinci hissədə bir az əziyyət çəkdik, amma istədiyimizə nail olduq. Rəqibin zəif və güclü tərəflərini bilirdik. Daha çox qol vurmaq istəyirdik, amma 2:0 hesablı qələbə də yaxşı nəticədir. Bununla belə, cavab oyununa da ciddi hazırlaşmaq lazımdır. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.