Vəli Qasımov: "Prosineçki bizi təəccübləndirdi"

Vəli Qasımov: "Prosineçki bizi təəccübləndirdi"

"Robert Prosineçki ilə görüş təşəbbüsü biz tərəfdən oldu. Amma onun özü də bizimlə danışmaq, futbolçular barədə məlumat almaq istəyirdi". Fanat.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında "Neftçi"nin idman direktoru Vəli Qasımov deyib.

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə bugünkü görüşdən danışan Qasımov müzakirə olunan mövzulara toxunub. O, baş məşqçi Arif Əsədov və icraçı direktorun müavini Mübariz Xudiyevin iştirak etdiyi görüş zamanı "Neftçi"nin futbolçularının milliyə dəvət olunmaması haqda xorvatiyalı baş məşqçi ilə söhbətin aparıldığını deyib. Ötənlərin tanınmış futbolçusu bildirib ki, paytaxt komandasının oyunçuları hələ istənilən formada deyillər: "Amma son oyunlar göstərir ki, milliyə layiq səviyyəyə çatmaqdadılar. Prosineçki görüşdə dedi ki, onun üçün futbolçunun hansı komandada oynamasının fərqi yoxdu. Kim yaxşı formadadısa, o da milliyə dəvət olunacaq".

Qasımov deyib ki, görüş öncəsi millinin baş məşqçisinin "Neftçi" barədə bəzi məsələlərdən xəbərsiz olduğunu düşünüblər. Amma onun sözlərinə görə, görüş zamanı xorvatiyalı mütəxəssisin flaqmanla bağlı hər şeydən məlumatlı olduğu üzə çıxıb. Bu isə klub rəsmilərini yaxşı mənada təəccübləndirib: "Prosineçki kimi milliyə dəvət etməyin lazım olduğunu yaxşı bilir".

Qeyd edək ki, Vəli Qasımovla Robert Prosineçki vaxtilə İspaniya çempionatında çıxış ediblər. Hətta Qasımov "Betis"də ikən "Real"lə matçda Prosineçkiyə qarşı oynayıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər