Vəli Qasımov PRO aldı

Vəli Qasımov PRO aldı

Azərbaycan futbolunun veteranı Vəli Qasımov UEFA-nın PRO kateqoriyasına sahib çıxıb. Fanat.az xəbər verir ki, o, 9 başqa mütəxəssislə yanaşı Kiyevdəki Futbol evində diplomla təltif olunub. 

Qeyd edək ki, Qasımovla yanaşı PRO kateqoriyasına layiq görülən məşqçilərdən biri də Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenkodur. Məşqçilər diplomları tanınmış ukraynalı mütəxəssis Yozef Sabonun əlindən alıblar.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər