Vəli Qasımov: "1 və 2-ci yerə ümid etməyək"

Vəli Qasımov: "1 və 2-ci yerə ümid etməyək"

Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Canni De Byazinin baş məşqçisi olduğu millimiz Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Azərbaycan yığmasının sabiq hücumçusu Vəli Qasımov Fanat.Az-a açıqlamasında millimizin bu qrupdakı şanslarını dəyərləndirib:

"Açığı, sadə qrup deyil. Ümumi götürsək, güc baxımından Estoniya ilə eyni səviyyədə ola bilərik. Avstriya, Belçika və İsveç səviyyə baxımından bizi üstələyir. Amma son oyunlara millimiz bizi sevindirməyi bacardı. Bu görüşlərdəki kimi performans göstərə bilsək, stabilliyi qoruyub saxlasaq, ən azı azarkeşləri baxımlı oyunla sevindirə bilərik. Amma birinci və ya ikinci yerə ümid etmək çətindir. Rəqiblər güclüdür". 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər