Və İtaliya mundialda olmayacaq

Və İtaliya mundialda olmayacaq

DÇ-2018-in daha bir iştirakçısının adı məlum olub. Fanat.Az xəbər verir ki, pley-offun cavab matçında İtaliya İsveçi qəbul edib. 

 

Birinci oyunda minimal hesablı zəfərə sevinən İsveç qonaq qismində qapısını toxunulmaz saxlayıb - 0:0. Bu nəticə Rusiyaya vəsiqənin reallaşmasına bəs edib. Appeninlilər isə 60 ildən sonra mundiala həsrət qalıblar. Dördqat dünya çempionları sonuncu dəfə 1958-ci ildə eyni aqibətlə üzləşmişdi. 

 

İtaliya indiyədək dünya çempionu olmuş yeganə komandadır ki, Rusiyada gözə dəyməyəcək. 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər