"Rəvan" Topaz Premyer Liqasının VI turunda "Qarabağ"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, Bakı klubu oyunun hazırlıqlarını davam etdirir.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşqlər "Bayıl Arena"da baş tutur. Hazırlıqda komandanın bütün heyət üzvləri iştirak edir. Son yoxlama oyununda yüngül zədəsi olduğuna görə iştirak etməyən futbolçular - Aqil Nəbiyev, Əziz Quliyev, Rəşad Abdullayev və Elvin Həsənəliyev də kollektivlə birgə çalışır. Elə zədəsini sağaldan Xuan Manuel Varea da komanda ilə ümumi məşqlərə qatılır.
Fanat.az