"Real Madrid"in müdafiəçisi Rafael Varan (Raphaël Varane) "Mançester Yunayted" ilə anlaşmaq üzrədir.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış idman jurnalist Nikolo Skira "Twitter" hesabında məlumat yayıb.
Xəbərə görə, 28 yaşlı fransız futbolçu İngiltərə klubu ilə artıq şəxsi müqavilənin şərtləri barədə razılığa gəlib. Sözləşmə 2026-cı ilin yayına qədər nəzərdə tutulub və Varan ildə 12 milyon avro qazanacaq.
Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun dəyərini 70 milyon avro qiymətləndirir.
Xatırladaq ki, Varan 2011-ci ilin yayından "Real Madird"də çıxış edir. Ötən mövsüm 41 matçda meydana çıxıb və 2 qolla yadda qalıb.
Emin Şəmsiyev