Varan etiraf etdi: "Açığı, həftədə yalnız bir oyuna çıxmaq istəyirdim"

Varan etiraf etdi: "Açığı, həftədə yalnız bir oyuna çıxmaq istəyirdim"

Fransa millisinin sabiq müdafiəçisi Rafael Varan karyerasını "Mançester Yunayted"də bitirmək istədiyini, lakin İngiltərə nəhəngi onun xidmətinə ehtiyac duymadığı üçün "Komo"ya keçdiyini etiraf edib.

Fanat.Az xəbər verir ki, bir müddət öncə karyerasını bitirən Rafaelin sözlərini "L'Equipe" belə çatdırıb:

"Mançester Yunayted"dəki son mövsümümdə karyeramı orada bitirmək qərarına gəlmişdim. Amma belə olmadı. Yayda yeni nəsə axtardım və "Komo" variantına üstünlük verdim. "Yunayted"lə İngiltərə Kubokunu qazanmışdım, amma hiss etdim ki, klubun layihəsi mənə uyğun gəlmir. 

"Komo" seçilən layihə idi. Onun ekzotik və ya maddi cəhətdən cəlbedici olduğunu demirəm, amma insanlıq anlamında dəyərli görünürdü. Hələ də belə düşünürəm, çünki onların yanında qalmağa hazırlaşıram. Açığı, həftədə yalnız bir oyuna çıxmaq itəyirdim. Ailəm də İtaliyaya gəlməliydi... Lakin iyulun 11-də zədə aldım və dərhal hər şeyin bitdiyini anladım".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər