"Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniyadakı VAR sistemi ilə bağlı danışıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Simeone VAR-ın ədaləti təmin etdiyinə inanır:
"Daha əvvəl dediklərimi təkrarlamaq niyyətim yoxdu. Hazırda bunun bir mənası yoxdu. Məsələ ilə əlaqədar fikirlərimə bələdsiniz.
VAR hər şeyi ifşa edir. Əvvəllər epizodların təkrarlarını izləmək imkanımız olmurdu. Düzdü, arada bu sistemlə bağlı da səhvlər olur. Amma VAR-ın oyunu hamı üçün daha ədalətli formaya saldığı həqiqətdi.
Daha çox penalti qazanırsansa, deməli, daha çox hücum edirsən. VAR bu baxımdan hücumameyilli komandaların daha çox işinə yarayır. "Real" da həmin komandalardan biridi".
Qeyd edək ki, son günlərdə İspaniyada VAR-ın "Real"ın lehinə qərarlar qəbul etdiyinə dair tənqidlər səslənir.
Fanat.Az