VAR Azərbaycana gəlir - Bu tarixdən

VAR Azərbaycana gəlir - Bu tarixdən

Azərbaycan futbolunda VAR-ın tətbiqi martın sonları - aprelin əvvəllərində tətbiq oluna bilər.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlama verib.

O bildirib ki, hazırda çiplərin gətirilməsi üzərində işlər gedir: "Çiplər bizdən asılı olmayaraq, ləngiyir. Öncədən 2020-ci il dekabrın ortalarında gözləyirdik. İndi isə 20 fevrala gələcəyini planlaşdırırıq. Hər şey plan üzrə getsə, bu sistemi fevralın sonları - martın əvvəllərində yarada biləcəyik. Mərkəz kimi Bakı Olimpiya Stadionunu nəzərdə tutmuşuq. Avadanlıqlar maşınlarda qurulacaq. VAR Premyer Liqanın 8 klubunun ev oyunlarını keçirdiyi arenalarda, eləcə də Tofiq Bəhramov adına Respublika stadionu və "Dalğa Arena"da tətbiq olunacaq. Yəni, FIFA-nın sertifikasiya etdiyi stadionlardan istifadə oluna bilər".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər