Vaqiflə Rəhman baş məşqçisiz qaldı

Vaqiflə Rəhman baş məşqçisiz qaldı

Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, PTT 1-ci liqa klubunun  çalışdırıcısı Nurullah Sağlam "Şanlıurfaspor"a məğlubiyyətdən sonra istefa verib.

Artıq Qaziantep klubunun rəhbərliyi yeni baş məşqçi axtarışına başlayıb. Rəhbərlik bu gün keçirəcəyi iclasdan sonra yeni çalışdırıcıya təklif göndərəcək.

Qeyd edək ki, "Qaziantep BB" Nurullah Sağlamın rəhbərliyi altında keçirdiyi 7 liqa matçında qələbə üzünə həsrət qalıb. 4 heç-heçə edib, 3 dəfə məğlub olan komanda 4 xalla 17-ci pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər